Xərçəng sözünü eşidincə ağılınıza nə gəlir? Qorxulu bir xəstəlik? Bir fəlakət? Ümidsizlik?… Bilinməyəndən qorxmaq, insanın ən təbii reaksiyasıdır. Qorxunu məğlub etməyin ən asan yolu, məlumatlanmaqdır.
İnsan həyatı yumurta ilə spermanın birləşməsiylə başlayır. Yumurta içində anaya aid DNT var. Bunlar anaya aid genetik məlumatları daşıyır, spermada iştirak edən DNT üzərində isə, ataya aid genetik xüsusiyyətlər daşınır. Sperma və yumurta birləşincə, ana və ataya aid genetik xüsusiyyətləri daşıyan bir hüceyrə əmələ gəlir.Bax insan, bu tək hüceyrənin çoxalmasıyla və çoxalan hüceyrələrin bir müddət sonra da inkişafıyla ortaya çıxır. Doğulan uşaq, həm ananın həm də atanın genetik xüsusiyyətlərini daşıyır.
Bir insanı yaradan bütün xüsusiyyətlər, boy uzunluğu, saç rəngi, dəri rəngi kimi, hüceyrələrdəki DNT üzərində iştirak edən genlərdə gizlidir. Genetik quruluş, xarici görünüşünüzün əmələ gəlməsində rol aldığı kimi, hüceyrələrin fəaliyyətlərini də nəzarət edir. Məsələn gərək olduğu zaman, hüceyrələrin çoxalmasını əmr edir və hüceyrələr çoxalır və ya hüceyrə çoxalmasını dayandırır.
İnsan inkişafını tamamladıqdan sonra hüceyrələrin çoxalmaları dayanır. Zaman zaman bədənimizin ehtiyacı olduğunda, hüceyrələr lazım olan yerdə təkrar idarəli olaraq çoxala bilirlər. Məsələn dərimiz kəsilincə, bu bölgədəki hüceyrələr idarəli olaraq çoxalırlar və kəsilən dəri təmir edilir; təmir tamamlanınca çoxalma əməliyyatı dayandırılır.
Bəzən bildiyimiz xarici faktorların təsiriylə, məsələn çox miqdarda radiasiyaya məruz qalmaqla, bəzən də bilmədiyimiz bəzi səbəblərlə, hüceyrələrin DNT quruluşu pozula bilir və hüceyrələr idarəsiz olaraq çoxalmağa başlayır. İşdə idarəsiz çoxalan bu pis xasiyyətli hüceyrələrə xərçəng hüceyrələri deyirik. Bu hüceyrələr hansı orqanın hüceyrələri isə, o orqanın xərçəngi inkişaf edir.
Meme Vakfı Başkanı Dr. Can Gürbüz’den “Yaşam Tarzı, Beslenme ve Kanser” Eğitimi!
Aşağıdaki Linkte Tıklayarak Yaşam Tarzı, Beslenme ve Kanser Eğitimimize Ulaşabilirsiniz!
Tibbdə istifadə edilən xərçəng sözü, bədən və orqan səthlərini örtən epitel hüceyrələrindən qaynaqlanan pis xasiyyətli hüceyrələrə verilən bir addır. Məsələn mədə və bağırsaqların iç səthlərini örtən hüceyrələrdən qaynaqlanan mədə-bağırsaq sistemi xərçəngi, süd ifraz edən vəzləri döşəyən hüceyrələrdən qaynaqlanan döş xərçəngi kimi. Karsinom və ya karsinoma da eyni mənanı verir. Sümük, əzələ kimi dəstək toxuması strukturlarından qaynaqlanan pis xasiyyətli şişlər isə fərqli adlar alır. Sümükdən qaynaqlanan osteosarkom, əzələ toxumasından qaynaqlanan myosarkom kimi. Lakin xalq arasında bütün pis xasiyyətli şişlər xərçəng olaraq adlandırılır.
Şiş nədir?
KanserXərçəng hüceyrələrinin çoxalaraq əmələ gətirdikləri kütləyə şiş deyirik. Lakin xərçəng olmayan bəzi yaxşı xasiyyətli hüceyrələr də çoxala bilərlər və kütlə əmələ gətirə bilərlər. Buna da şiş deyirik. Yəni şiş sözü, kütlə mənasında istifadə edilir. Yaxşı xasiyyətli hüceyrələrdən də əmələ gələ bilər, xərçəng hüceyrələri də əmələ gələ bilər. Məsələn fibroadenom, döşün yaxşı xasiyyətli şişlərindən biridir. Yaxşı xasiyyətli hüceyrələrin əmələ gətirdiyi şişlər beniqn şişlərdir. Xərçəng xüsusiyyətləri daşıyan şişlər isə maliqn şişlərdir.
Hiperplazi hüceyrələrin çoxalması mənasını verir. Bu çoxalan hüceyrələrin bəzi xüsusiyyətləri normal hüceyrələrdən fərqli olduğu üçün atipik deyilir. Bunlar xərçəng olmayan həm də normal da olmayan hüceyrələrdir. Atipik hüceyrələr daşıyan şişlər mütləq xərçəngə çevrilmirlər; yalnız bu şişlərin daha yaxından izlənilmələri lazımdır.
Hüceyrələrdəki genetik quruluşun pozulmasına səbəb olan faktorlara kanserojen faktorlar deyirik. Kanserojen faktorlar həzm yoluyla, tənəffüs yoluyla, dəriyə birbaşa təmasla və ya başqa yollarla bədənə girir və hüceyrələrdəki genetik quruluşu pozaraq xərçəng inkişafına səbəb olurlar. Məsələn radiasiya kanserojen bir faktordur. Çernobildə atom reaktoru qəzası nəticəsində ətrafda yaşayanlar, sıx radiasiyaya məruz qaldılar və daha sonrakı illərdə bu bölgədə xərçəng nisbəti əhəmiyyətli ölçüdə artdı.
İndiki dövrdə inkişaf edən texnoloji çirklənmə, ətrafımızdakı kanserojen faktorların da artımına səbəb olur. Buna bağlı olaraq xərçəng görülmə nisbəti də artır.
Bədənin kanserojen faktorlara məruz qalma müddəti və miqdarı da əhəmiyyətlidir. Bu müddət və miqdar artdıqca, xərçəng inkişaf riski də artır. Bir dənə siqaret çəkilməsi dərhal xərçəngə gətirib çıxarmır, amma illərcə gündə bir neçə paket siqaret çəkilməsinin ağciyər xərçənginə səbəb olduğunu bilirik.
İnsanlar indiki vaxtda daha uzun yaşayırlar. Uzun yaşamaq da kanserojen təsirlərə daha uzun müddət məruz qalmamıza gətirib çıxarır. Bu səbəblə xərçəng, yaşı irəliləyən kəslərdə daha çox görülür.
Xərçəng hüceyrələri idarəsiz olaraq çoxalarlar və bir müddət sonra həyatı həyatı təhlükə yartmağa başlayır.Qəbul etdiyiniz qidaların əhəmiyyətli bir qisimi sürətlə çoxalan xərçəng hüceyrələri istehlak edərlər və bədən zəif düşər. Ortaya çıxan və davamlı böyüyən kütlə, ətrafındakı həyati əhəmiyyəti olan orqanlara təsir edərək onların funksiyalarını pozar. Məsələn pankreas xərçəngi öd yollarını tıxayaraq sarılığa səbəb ola bilər, qaraciyərin işini poza bilər və ya mədəyə təsir edərək bəslənməyə maneə törədə bilər. İdarəsiz çoxalan hüceyrələrin genetik strukturları da dəyişər və bu hüceyrələr bədən üçün zəhərli maddələr çıxararaq orqanizmin daha da zəif düşməsinə səbəb ola bilərlər. Bütün bu mənfi faktorlar, bir müddət sonra həyatın davam etdirilməsini qeyri-mümkün hala gətirər.
Xərçəng hüceyrələri, qan yolu və linfa yoluyla başqa orqanlara da xərclər və orada da çoxalmağa davam edərlər. Xərçəng hüceyrələri, yeni getdikləri yerdə çoxalaraq meydana gətirdikləri kütlə ilə, o orqanın işini də pozarlar.
Məsələn döş xərçəngi hüceyrələri sümüklərə sıçrayaraq orada da çoxalarlar və çoxaldıqları sümüyün qırılmasına gətirib çıxararlar.Buna xərçəng hüceyrələrinin ilk ortaya çıxdıqları orqandan başqa yerə gedərək çoxalmağa davam etmələrinə metastaz deyirik. Bəzən xərçəng ilk başladığı yerdə heç bir əlamət verməyə bilər və ilk əlamət metastaz ilə başlaya bilər.
Xərçəng hüceyrələrinin ortaya çıxışı ilə qanda bəzi kimyəvi maddələr də ortaya çıxır . Bunlara “şiş təyin ediciləri” deyirik. Məsələn qanda “CEA” və “CA15-3” kimi şiş təyin edicilərinin səviyyələrinin artımı,döş xərçənginin təkrar etdiyini işarə edə bilər.Döş xərçəngi xəstələrinin ilk müalicəsi tamamlandıqdan sonra, xəstəliyin təqibini bu şiş təyin edicilərini araşdıraraq edirik. Ancaq bunların öş başına yüksəlmələri qəti bir məna daşımır, yalnız bizi xəbərdar edir. Bəzən xərçəng təkrar etsə belə, bu “şiş təyin ediciləri” yüksəlməyə bilir.