DÖŞ BAŞI AXINTISI

DÖŞ BAŞI AXINTISI

Döşün bir ifrazat vəzi olması səbəbi ilə zaman zaman döş başından axıntı gələ bilər. Çox vaxt əhəmiyyətli olmamaqla birlikdə nadir də olsa bir xərçəng əlaməti ola bilər; bu səbəblə mütəxəssis bir həkim tərəfindən yoxlanmaq lazımdır.

 

Döş başı axıntısı nədir?

Əgər hamiləlik sonrası bir süd vermə vəziyyəti yoxsa,  döş başından gələn maye döş axıntısı olaraq qiymətləndirilməlidir.Döş başında süd kanallarının açıldığı birdən çox ağız vardır(təxminən 10 dənə).Döş başından gələn axıntı tək bir ağızdan gələ bilər və ya birdən çox ağızdan gələ bilər. Tək bir döşdən və ya hər iki döşdən birdən gələ bilər. Axıntı bəzən öz özünə gələ bilər, bəzən də döş başı möhkəmlənincə gələ bilər.

 

Döş başı axıntısı hansı rəng ola bilər?

Döş başı axıntısı ağ süd rəngi, sarı, yaşıl, tünd yaşıl, qaraya yaxın, tünd qəhvəyi, su kimi aydın, qan rəngi kimi rənglərdə ola bilər. Konsistensiyası su kimi axıcı ola bilər və ya poza konsistensiyasında ola bilər.

 

Döş başı axıntısı hansı yaşlarda ortaya çıxır?

Yaş irəlilədikcə döş başından axıntı gəlmə ehtimalı artır. Daha çox doğum etmiş qadınlarda,döş başı axıntısı daha çox olur.

 

Döş başından axıntı varsa soruşmanız lazım olan suallar nələrdi?

 

Axıntı tək döşdən yoxsa hər iki döşdən gəlir?

Əgər hər iki döşdən birdən axıntı varsa bu daha çox bütün bədəni maraqlandıran bir sistemik bir problemi göstərir. Əgər tək döşdən isə daha çox yalnız döş ilə əlaqədar bir problemdən qaynaqlana bilər.

 

Axıntı tək döşdən gəlirsə yalnız bir ağızdan gəlir yoxsa bir neçə ağızdan birdən gəlir( tək bir nöqtə və ya bir neçə nöqtə)?

Əgər tək bir nöqtədən(süd kanalı ağızı) gəlirsə axıntının tək bir süd kanalını maraqlandıran bir səbəbdən olma ehtimalı var. Birdən çox ağızdan gəlirsə bu daha çox sistemik bir problemi nəzərdə tutur.

 

Axıntı nə rəngdədir?

Sarı, yaşıl, qəhvəyi axıntılar ümumiyyətlə əhəmiyyətli bir problemi göstərməz.  Əgər axıntının rəngi qırmızı qan rəngilidirsə və ya su kimi aydındırsa mütləq bir həkimə müraciət etmək lazımdır. Az da olsa döş xərçəngi ola bilər.

 

Axıntı özbaşına yoxsa döş başı möhkəmlinincə gəlir.

Döş başı sıxıldığında bir çox döşlərdən axıntı gələ bilər. Bu çox əhəmiyyətli deyil. Özbaşına gələn axıntı daha böyük əhəmiyyət daşıyır.

 

Hansı axıntı döş xərçənginin simptomu  ola bilər?

Tək döşdən gələn və yalnız bir nöqtədən gələn qanlı və ya su kimi aydın axıntının döş xərçəngi simptomu olması ehtimalı vardır. Lakin döş başından axıntı gələn hər qadının mütəxəssis bir həkim tərəfindən yoxlanması lazımdır.

 

Döş başı axıntısının səbəbi nə ola bilər?

Əvvəlcə axıntının şəkli rəngi, tək döşdən gəlir hər iki döşdən gəldiyinə görə araşdırma aparılmalıdır. Çox vaxt döş başından gələn axıntı normal qəbul edilir.

 

     Süd kanalı genişləməsi

Döş başından gələn axıntıların ən sıx səbəbidir. Səbəbi tam olaraq bilinmir.  Bu vəziyyətin hər hansı bir müalicəsi yoxdur. Xüsusilə siqaret çəkən qadınlarda döş kanalı genişləməsi olduğunda İnfeksiya riski artmaqdadır.

 

     Travma

Sinə bölgəsinə istiqamətli bir zədə(vurma çarpma) bəzən döş başından axıntı gəlməsinə səbəb ola bilər. Bu döşdəki toxuma ziyanına bağlı olaraq ortaya çıxar. Bəzən qanlı da ola bilər. Ümumiyyətlə bu axıntı özbaşına gələn bir axıntıdır. Zədənin təsirinə görə bir neçə həftədə özbaşına keçir.

 

     Prolaktin hormonu yüksəkliyi

Prolaktin hormonu beyində hipofiz deyilən yerdə yaranaraq qana ifraz olunur. Doğum sonrası döşdən süd gəlməsi üçün lazımlı bir hormondur. Bəzi xəstələrdə hipofiz vəzində xərçəng olmayan bir böyümə ola bilər, və prolaktin hormonu ifrazatı artar. Buna bağlı olaraq döş başı axıntısı ortaya çıxa bilər. Qanda prolaktin səviyyəsi ölçülərək buna istiqamətli bir müalicə təklif oluna bilər.

                           

      Absə

Bəzən döş içində ortaya çıxan bir ABsə süd kanalına açıla bilər və bunun nəticəsində döş başından iltihab gələ bilər. Belə vəziyyətlərdə döşdə ağrı,qızdırma, qızarma kimi İnfeksiya izlərinində da olması lazımdır. Antibiotik tətbiq olunar və lazım olsa ABsənsənin cərrahı olaraq açılması lazımdır.

                             

     Fibrokistik dəyişikliklər

Döşdə fibrokistik dəyişikliklərin olduğu vəziyyətlərdə döş başından axıntı gələ bilər. Bu axıntı normal qəbul edilir və hər hansı bir müalicə lazım deyil.

               

     İstifadə edilən bəzi dərmanlar

Bəzi doğum dərmanları,bəzi təzyiq dərmanları( methyldopa , rezerpin, verapamil) bəzi mədə dərmanları (Cimetidin),  bəzi bulanma və reflü dərmanları (metoclorpramid, depressiya dərmanları(tricyclic antidepressan), psixiatrik dərmanlayar (phenothiazine) döş başı axıntısına səbəb ola bilərlər. İstifadələri kəsildiyində axıntı da kəsilir.

 

      Kanal içi yaxşı xasiyyətli şişlər

Süd kanalı iç divarından qaynaqlanan papillom deyilən bir meydana gəlmə də döş başından axıntıya səbəb ola bilər. Su kimi aydın və ya qanlı bir axıntı ola bilər.Döş başından gələn qanlı axıntının ən çox rast gəlinən haldır. Cərrahı olaraq çıxardılaraq müalicə edilir.

 

     Döş xərçəngi

Döş başından gələn hər qanlı axıntı xərçəng deyil, lakin hər qanlı axıntının  mütləq araşdırılaraq qəti diaqnozun qoyulması lazımlıdır.

 

     Paget

Döşün fərqli quruluşdakı bir xərçəng növüdür.Döş başı və ətrafında yanma, qabıqlanma, qaşıntı,sulanma kimi tapıntılar ilə ortaya çıxar. Xərçəng toxuması döş başındakı kanallardan çölə doğru çıxıntı edər. Egzama ilə qarışdırıla bilər. Uzun sürən məmə başı və ətrafında yanma, qabıqlanma, qaşındı, sulanma kimi tapıntılar olan kəslər mütləq bir həkimə müraciət etməlidir.

 

Kişilərdə döş başı axıntısı

Qadınlarda döş başı axıntısı normal bir hal deyil.Döş xərçəngi ehtimalı yüksəkdir. Mütləq bir mütəxəssis həkim tərəfindən yoxlanmaq lazımdır.

              

Əmizdirmə əsnasında görülən qanlı axıntı

Əmizdirmə əsnasında süd kanalında iritasyona(tahriş) və ya infeksiyaya bağlı olaraq döş başından qanlı axıntı gələ bilər. Qısa bir müddətdə(1 həftə) özbaşına keçər. Əks halda mütəxəssis bir həkimə müraciət edilməlidir.

 

Diaqnoz necə qoyulur?

Döş başı axıntısı olan hər qadın mütləq mütəxəssis bir həkim tərəfindən qiymətləndirilməlidir. Həkim müayinəsindən sonra həkiminiz lazımlı görsə axıntıdan bir parça araşdırmaq üzrə patologiya laboratoriyasına göndərilə bilər. Hər döş axıntısının patologiya araşdırması lazım olmaya bilər. Bunu həkiminizin qərar verməsi lazımdır. Mamografi və döş ultrasonu çəkilərək axıntıya səbəb olan bir problem  araşdırılar.

 

Ayrıca bəzi lazımlı vəziyyətlərdə bəzi hormonlar araşdırılaraq axıntının səbəbi araşdırılar.

Bəzi vəziyyətlərdə döş başından axıntının gəldi ağızdan dərman verilərək çəkilir. Buna galaktografi deyilir.

 

Müalicə necə edilir?

  • Əvvəlcə altında xərçəng və ya strukturca bir pozuqluq olması araşdırılar, əgər əhəmiyyətli bir səbəb yoxsa müalicə etməyə ehtiyac yoxdur.
  • Əgər axıntının səbəbi sistemik bir səbəbə bağlı (qanda prolaktin yüksəkliyi, bəzi hormonal dəyişikliklər, istifadə edilən dərmanlar) isə buna istiqamətli müalicə tətbiq olunu
  • Əgər kanal içində bir kütlə (papilloma) müəyyən olunmuşsa cərrahı olaraq çıxardılması təklif edili
  • Əgər axıntının səbəbi döş xərçəngiysə buna istiqamətli müalicə tətbiq olunu
×