DÖŞDƏ XƏRÇƏNG HALLARI

DÖŞDƏ XƏRÇƏNG HALLARI

Döşdə kütlə

 

 

Qadınların böyük bir əksəriyyəti, həyatlarının bir dövründə döşlərində bir sərtlik hiss edirlər. Belə bir vəziyyətdə ağla ilk olaraq xərçəng gəlir. Bu kütlələrin böyük bir qisimi xoş xasiyyətli şişlərdir. Bununla yanaşı araşdırmalar etmək lazımdır.

 

 

Əlinizə gələn kütlə 2 fərqli quruluşdan biri ola bilər. Kütlə, içi maye dolu bir kisə ola bilər. Buna kista deyirik. Kistlar ümumiyyətlə aybaşı zamanları daha da böyüyür və ağrılıdırlar. Xüsusilə menopauz əvvəli 40 yaşlarda daha çox rast gəlinir. Digər bir ehtimal da, içi fərqli bir toxuma ilə dolu bir kütlə ola bilər; buna da solid kütlə deyirik. Bu iki fərqli quruluşu ayırmağın ən yaxşı yolu kütlənin ultrasəs ilə yoxlanılmasımasıdır.

Döşdə kista

 

Kistalar ümumiyyətlə döşün xoş xasiyyətli şişləridir. Ölçüləri bir neçə millimetr ilə bir neçə santimetr arasında dəyişir. 25 yaş altındakı qadınlarda nadir, menopauza yaxınlaşmış qadınlarda daha çox rast gəlinir.

 

Kistların içi iynə ilə boşaldılaraq içindəki maye araşdırıla bilər. Əgər qanlı bir maye ehtiva edirsə, kistanın əməliyyatla çıxardılıb araşdırılması təklif edilir. Əgər menopauz sonrası hormon müalicəsi görən bir qadında kista ortaya çıxmışsa, ehtiva etdiyi maye qanlı olub və ya olmaması patologiyaya göndərilərək araşdırılması təklif edilir.

 

Əgər bir kista iynə ilə boşaldıldıqdan sonra 4-6 həftə içində təkrar olunursa, əməliyyatla çıxardılması təklif oluna bilər. Ayrıca kistanın bir qisimi, solid dediyimiz döş toxumasından fərqli bir quruluş ehtiva edirsə, yenə kistanın əməliyyatla çıxardılması təklif edilir.

Solid (qatı) kütlə

 

Döşdə maye ehtiva etməyən, içi fərqli hüceyrələrlə dolu olan kütlələrə solid kütlə deyirik. Solid sözü qatı mənasını verir. Solid kütlələrin xərçəng olma ehtimalları kistlara görə daha yüksəkdir. Gənc bir qadının döşündə müəyyən olunan solid bir kütlənin xərçəng olma ehtimalı yüksək deyil: Yaş irəlilədikcə xərçəng ehtimalı artır. 40 yaşdan çox yaşı olan bir qadının döşündə müəyyən olunan solid bir kütlə, əksinə isbat edilənə qədər xərçəng şübhəsi daşıyır bu səbəblə mütləq araşdırılması lazımlıdır.

 

Döşdə müəyyən olunan kütlə, mamografi və ultrasəslə qiymətləndirilərək xərçəng olma ehtimalı araşdırılır. Bu üsullarla qəti diaqnoz qoymaq mümkün deyil. Ancaq kütlədən alınan parçanın patologiyada araşdırılmasıyla qəti diaqnoz qoyula bilir.

Döş Dərisində Qalınlaşma, Şişmə, Rəng Dəyişikliyi

 

 

Bəzən döşdə kütlə olmadan, birbaşa döş dərisində bəzi dəyişikliklərlə xərçəng başlaya bilər. Döşün dərisinin bir bölgəsində qızarma, qalınlaşma, portağal qabığı kimi bəzən çəkintilərin ortaya çıxması, xərçəngin ilk simptomu ola bilir. Döş dərisində belə dəyişikliklər hiss edirsinizsə, həkiminizə məsləhətləşmənizi təklif edirik.

Döş Başında Qalınlaşma, Qızarma və ya Yara Olması

 

 

Döş başındakı dəyişikliklər də xərçəng baxımından əhəmiyyətli ola bilər. Xüsusilə döş başı ətrafında ortaya çıxan qızarma, yara kimi dəyişikliklər döşdə bir kütlə olmasa belə xərçəng halı ola bilir.

Döşdə və ya döş başında içəriyə doğru çəkinti olması

 

 

Bəzi qadınlarda uşaqlıqdan etibarən hər iki döş başı da içə çəkik ola bilir. Bu, hər hansı bir xəstəlik mənasını vermir. Belə vəziyyətlərdə körpə əmizdirmək çox vaxt mümkün olmur. Bu strukturlu pozuntular kosmetik məqsədli olaraq, yəni yalnız görünüş baxımından əməliyyatla düzəldilir. Xərçəng baxımından əhəmiyyətli olan,döş başının son zamanlarda içəri çəkilməsi. Belə bir vəziyyətdə mütləq həkiminizə müraciət etməniz lazımdır.

Döş Başında Ortaya Çıxan Axıntı

 

 

Hər qadının döş başından müxtəlif zamanlarda axıntı gələ bilər. Xüsusilə döş başı sıxıldığı zaman sarı-yaşıl rəngdə, boza çalan axıntı normal qəbul edilir. Hamilə olmayan qadınlarda döş başından süd gəlməsi də xərçəng halı deyil; bu vəziyyət bədənin hormonal dəyişikliyi ilə əlaqədar ola bilər. Xərçəng baxımından əhəmiyyətli olan, axıntının döş başını sıxmadan özbaşına gəlməsidir. Bu vəziyyət, sütyenin və ya paltarın islanması ilə nəzərə çarpa bilər. Xüsusilə axıntının tünd qəhvəyi rəngdə, qara və ya qan rəngi olması əhəmiyyətlidir. Bir də su konsistensiyasında aydın axıntı əhəmiyyət daşıyır. Belə bir vəziyyətdə, döş başından gələn axıntıdan nümunə götürülərək laboratoriyada araşdırılması lazımdır.

Döş Başlarının Mövqelərində Dəyişiklik

 

 

Döş başlarının mövqelərində də dəyişiklik ola bilir. Döş başı bir tərəfə doğru çəkilə bilər. Bu da bir xərçəngin əlaməti ola bilər.

Döşün Şəklində Dəyişiklik

 

 

Ümumiyyətlə hər iki döş simmetrik deyil və bir döş digərindən daha böyük ola bilər. Bu normal bir quruluşdur. Bəzən döşlərin ümumi yumruluğunda və ya quruluşunda dəyişiklik ola bilər. Xərçəng baxımından əhəmiyyətli olan, sonradan inkişaf edən simmetriya dəyişikliyidir.

Qoltuq Altında Ələ Gələn Bir Kütlə

 

 

Qoltuq altında ələ gələn bir kütlə, bir çox səbəbə bağlı olan bir linfa vəzi böyüməsi ola bilər; lakin bəzən döş xərçənginin ilk halı da ola bilər. Bu səbəblə əgər əlinizdə və qolunuzda son zamanlarda bir infeksiya keçirmədinizsə, bu kütlənin araşdırılması lazımdır.

×