SÜD VƏZISI SAĞLAMLIĞI NƏDiR?

SÜD VƏZISI SAĞLAMLIĞI NƏDiR?

Gənc qadınlar süd  vəzilərinin bədənlərinin gizli ve sirli bir parcasi olduğuna inandirilaraq böyüyürlər. Süd vəzilərinin görülməsinin,toxunulmasının və onun haqqında acıq şəkildə danışılmasının ümumi bir qayda kimi qəbul edilir. Yetkinlik yasina çatdığında fərqli bir duyğu ile birlikdə  inkişaf edərək döş qadınlığın simvolu vəziyyətinə gəlir. Körpə üçün bəslənmə,qarşı cins üçün cinsilik funksiyası qazanır.

 

Daşıdığı sirr ve simvolların yanında süd  digər bir xüsusiyyeti  də onun qadın sağlamlığı ilə olan elaqəsidir.Süd vəzisi ile saglamlıq arasında olan bu əlaqe lazımı qədər vurğulanmadığı üçün hər hansısa bir süd vəzi xəstəliyi qarşısında qadın çaşbaşlıq və qorxuyla üzləşir.

 

İnkişaf etmiş ölkələrdə qadınların həkimə baş çəkmələrinin başlıca səbəblərindən biri süd vezisi ilə bağlı problemlərdir.Hər bir qadının həyatı boyunca dösu ilə bağlı problemləri olur.Bu problemlər ən çox süd vezisinde bir sərtlik hiss edilməsi,ya da ağrı hiss edilməsi şəklində olur.Süd vəzisinde hiss olunan sərtliklərin,kütlələrin və dəyişikliklərin böyük bir hissesi xerçəng deyil.Amma yenə də mütəxəssis bir həkim tərəfindən yoxlanılması lazımdır.

 

Süd vezisi sağlamlığı dedikdə ilk ağla süd vəzisi xərçəngi gəlir. Bununla yanaşı süd sinin xərçəng olmayan bir çox xəstəliyi də vardır;süd vezisinin  inkişaf geriliyi,infeksiya və s. Amma süd vəzisinin sağlamlıq problemlərinin başında həmişə süd vəzisi xərçəngi gəlir;çünki süd vəzisi xərçəngi eyni zamanda qadının qadınlıq şəxsiyyətini təhdid edir.Süd vezisi sağlamlığı mövzusunda digər bir problem Süd vəzisi xəstəlikləri mövzusunda mütəxəssisləşmiş sağlamlıq mərkəzlərinin əskikliyidir.

SÜD VƏZİ SAĞLAMLIĞINIZ ÜÇÜN NECƏ BİR DİAQNOZ MƏRKƏZİ

Süd vezisi sağlamlığı tibbin fərqli sahələrində mütəxəssisləsmiş həkimleərin birlikdə işinin zəruri edən bir sağlamlıq sahəsidir. Bu həkimlərin arasındakı ünsiyyət problemin düzgün həll edilməsi üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə diaqnoz mərhələsində müayinəni edən döş cərrahı ilə momoqraf,döş ultrases kimi yeni tədqiqləri tətbiq edən radioloji mütəxəssis arasında çox yaxın bir ünsiyyətin olması lazımdır. Bu həkimlərin eyni bir klinikada işləməsi,eyni bir otaqda çalışması bu ünsiyyəti daha da asanlaşdırır. Bu sahədə sadə bir söz ilə qurulan ünsiyyət xəstə ilə əlaqədar melumatların, qayğıların və düşüncələrin asanlıqla köçürülməsini təmin edir və diaqnozda səhv etimalını azaldır.

SÜD VEZILERINIZIN SAGLAMLIĞI ÜÇÜN HANSI HƏKIMI SÇCMƏLISINIZ?

Hippokratdan sonra tibbin göstərdiyi inkişaf həkimlərin fərqli sahələrdə mütəxəssisləşməsini tələb edir.Texnologiya və elmdəki inkişaf bu sahəleəin öz içlərində də alt sahələrə ayrılması nəticəsinə gətirir.20-il əvvəl döş sağlamlığı ümumi cərrahın mütəxəssislik sahəsi içinə girərken,indiki vaxtda yalnız döş xəstəlikləri və cərrahlığı ilə məsğul olan mütəxəssislik budağı inkişaf etmişdir.Qərb ölkələrində edilən işlərdə döş cərrahiyyəsində mütəxəssisləşmiş ümumi cərrahların müalicə etdiyi xəstəlerin müalicə nəticelerinin diger cərrahlar tərəfindən mualice etdiyi xestelerin müalice nəticəlerinin diger cerrahlar terefinden mualice edilen xəstələrin mualicə nəticəlerindən çox daha yaxşı olduğunu göstərir.

SÜD VƏZILƏRINIZIN SAĞLAMLIĞI ÜÇÜN NECƏ BIR RADIOLOQ MÜTƏXƏSSIS SEÇILMƏLIDIR?

Süd vəzilerinizin sağlamlığında diaqnoz mərhələsində böyük əhəmiyyət daşıyan mamoqraf,ultrasəs çəkilişləri və ve bu tədqiqlərin yoxlanılması da radioloji sahədə fərqli bir mütəxəssisləşməyi tələb edir.Gündəlik iş içində yalnız mamoqrafi və süd vəzisi ultrasəsi yoxlayan bir radioloji mütəxəssisi sizə yardimda digər radioloji mütəxəssislərindən daha üstün olacaq.Bəzi qərb ölkələrində illik müəyyən ədəd üzərində süd vezisi tədqiqi qiymətləndirməyən radioloji mütəxəssislərin süd vəzisi sağlamlığı mövzusunda işine icazə verilir.

SÜD VƏZISININ QURULUŞU – Süd Vəzisinin Inkişafi.

Süd vəzisi qadının əsas böyümə orqanlarından biridir.Bu orqanın inkişafı qadın həyatının fərqli dövrlərində fərqli mərlələrindən keçər.Döşün inkişafı hələ ana qarnındaykən başlayır.Yetkinlikdə görünən dəyişiklik hamiləliklə davam edər.Aybaşi vaxtlarında və menapauzda da müxtəlif dəyişikliklər olur.

Süd vəzisi inkişafı nə vaxt başlayar?

Süd vəzisi inkişafının ilk fazası ana qarnında 6-cı həftədən etibarən başlayır.Hamiləliyin sonunda süd vezisi başı və buna bağlı süd kanalları əmələ gəlir.

 

Yetkinlik yaşı dövrüylə bərabər süd vezisində 2-dəyişiklik fazası başlayır.Yumurtalıqlardan estrogen hormonunun ifraz olunmağa başlanması ilə birlikdə yağ və dayaq toxuması döş bölgəsində artar və döş böyüməyə başlar.Həm də süd kanalları da böyüməyə başlayır.Ümumiliklə döşdə bu dəyişikliklərə rast gəlinir.Qasıq ve qoltuqaltı nahiyələrdə tük inkişaf edir.

 

Qadında aybaşı başlaması ilə birlikdə süd vezisi toxuması inkişaf edərək süd kanallarının ucunda süd vəziləri əmələ gəlir.Döşün yetkinliklə başlayan inkişafı hər qadın üçün fərqli hallarda olur.Hər aybaşı dövründə döş toxuması bir miqdar daha da inkişaf edir və bu inkişaf 30-yaşına qədər inkişaf edir.

 

Süd vəzisinin inkişaf dövründə ortaya çıxan bəzi problemlər səbəbi ilə döş inkişafı heç olmaya bilər,əskik ola bilər,assimetrik və ya artıqlamasıyla ola bilər.Bu inkişaf problemləri döşün inkişaf quruluşu xəstəlikləridir.

Aybaşı zamanı süd vəzisinde hansı dəyişikliklər olur?

Hər aybaşı dövründə, bədəndə müxtəlif hormonların dəyişməsi baş verir.Aybaşının ilk dövründə ifrazatı artan estrogen hormonu təsiri ilə süd vezisindəki süd kanalları böyüməsi artır. Bu dövrdə artmış olan estrogen hormonunun təsiri ilə aybaşı dövrünün ortalarında yumurtlama əmələ gəlir. Bu təqribən progesteron hormonu artımı ilə başlayır; bu da süd vəzlərinin inkişafını təmin edir. Bu sırada döşdə su tutulumu artır,döş gərilir və həssaslaşır. Aybaşı olmaga yaxınlaşanda olan ağrı və həssaslığın səbəbi, süd vezisindəki bu inkişafdır. Bu tip ağrıların süd vezisi xərçəngi ilə əlaqəsi yoxdur.

 

Aybaşı olmaga yaxınlaşanda süd vezisinin xaricdən əllə hiss edilən quruluşu da dəyişir; süd vəzlərinin inkişafı ilə döşdə müxtəlif kütlə quruluşunda əmələ gəlmələr hiss edilir. Bu səbəblə öz özünü müayinə aybaşıdan sonra edilməlidir.

 

Döşdə görülən bu dəyişiklik hamiləlik reallaşsa doğulacaq körpənin bəslənməsi üçün edilən başlıca hazırlıqdır. Əgər hamiləlik reallaşmazsa, aybaşının başlaması ilə bu sona çatar. Artmış olan hüceyrələr digər hüceyrələr tərəfindən yox edilir. Döşdə olan suyun miqdarı normala gələr. Bunun nəticəsi isə döşdə hiss edilən ağrının keçməsi və ya azalmasıdır.

Hamiləlik və əmizdirmə Dövründiə döşdə görülən dəyişikliklər

Döşün tam inkişafı ancaq doğum ilə reallaşır. Döşdə başlayan dəyişikliklər hamiləliyin ən erkən mərhələrindən biridir. Areolada başlayan dəyişliklərə əlaqədar olaraq döş böyüməyə başlayır. Süd kanallarının və süd vəzlərinin inkişafı nəticəsi döşdə ağrı,döş başında ağrı,  yanma kimi şikayətlər olur.  Hamiləliyin erkən dövründə süd kanalları və süd vəzlərinin inkişafı olur; sonraki dövründə isə süd vəzlərində olan hüceyrələrin süd verən hüceyrələrə çevrilməsi ilə tamamlanır.

Hamiləliyin 5 və ya 6-cı ayından etibarən döşlər süd çıxaracaq tutuma çatırlar. Bunla yanaşı döş üzərində estrogen və progesteron kimi hormonların yəni FSH (follicle stimulating hormona),  LH (luteiniziang hormona)), prolaktin, oksitosin, və HPL (human placental lactogen kimi müxtəlif hormonların təsiri vardır.

Damarların diqqətə çarpması, areolanın rənginin tündləşməsi,döşün böyüməsi dəyişikliklər müşahidə edilir.Süd vezisindəki bütün dəyişikliklərin tək səbəbi yeni doğulacaq körpənin bəslənməsi üçün hazırlıq edilməsidir.

Menopauz Dövründə Görülən Dəyişikliklər

Menopauzun yaxınlaşması ilə bərabər estrogen və progesteron hormonlarının miqdarı aşağı düşməyə başlayır; hormonların qan səviyyəsində  həddindən artıq dərəcədə azalış müşahidə edilir. Estrgen hormonunun təsirində olan bütün toxumalardaki döş də bunlardan biridir, geriləmə başlayır. Süd vəzlərində geriləmə olur, bağ və dayaq toxumasında su miqdarı azalır(dehidratasya), elastiklik itir. Bunun nəticəsi döşün sallanmasıdır.

SÜD VƏZİSİNDƏ MÜAYİNƏ BÖLGƏLƏRİ

Müşahidə edərək Edilən Müayinə Bölgələri

Süd vəzisi dərisində qalınlaşma,  şişmə, rəng dəyişikliyi

Bəzən döşdə kütlə olmadan,birbaşa döş dərisində bəzi dəyişikliklərlə xərçəng başlaya bilər. Döşün dərisinin bir bölgəsində qızarma, qalınlaşma, portağal qabığı kimi yerin ortaya çıxması, xərçəngin ilk simptomu ola bilir. Süd vezisinin dərisində belə dəyişikliklər hiss etsəniz, həkiminizə məsləhətləşmənizi təklif edirik.

 

Süd vəzisi başında qalınlaşma, qızarma və ya yara olması

Süd vezi başındakı dəyişikliklər də xərçəng baxımından əhəmiyyətli ola bilir. Xüsusilə döş başı ətrafında ortaya çıxan qızarma, yara kimi dəyişikliklər döşdə bir kütlə olmasa belə xərçəng bölgəsi ola bilir.

 

Süd vəzisi və ya süd vəzi başında içəri doğru çəkilmənin olması

Bəzi qadınlarda uşaqlıqdan etibarən hər iki döş başı da içəriyə batıq ola bilər. Bu, hər hansı bir xəstəlik mənasını vermir. Belə vəziyyətlərdə körpə əmizdirmək çox vaxt mümkün olmur. Bu formada olan pozuntular kosmetik məqsədli olaraq, yəni yalnız görünüş baxımından əməliyyatla düzəldilə bilər. Xərçəng  baxımından əhəmiyyətli olan, təkcə döşün başının son zamanlarda içəri çəkilməsidir. Belə bir vəziyyətdə mütləq həkiminizə müraciət etməniz lazımdır

 

Süd vəzisi başlarının mövqelərində dəyişiklik

Süd vezisi başlarının mövqelərində də dəyişiklik ola bilər. Süd vezisi başı bir tərəfə doğru çəkilə bilir. Bu da bir xərçəngin əlaməti ola bilər.

 

Süd vəzisinin quruluşunda dəyişiklik

Ümumiyyətlə hər iki döş simmetrik deyil və bir döş digərindən daha böyük ola bilər. Bu normal bir quruluşdur. Bəzən süd vezisinin ümumi yumruluğunda və ya quruluşunda da dəyişiklik ola bilər. Xərçəng baxımından əhəmiyyətli olan, sonradan inkişaf edən simmetriya dəyişikliyidir.

 

SÜD VƏZİLERİ BAŞINDAN GƏLƏN AXINTI

Süd vezisi bir ifrazat vəzi olması səbəbi ilə bəzən döş başından axıntı gələ bilər. Çox vaxt əhəmiyyətli olmamaqla yanaşı nadir də olsa bir xərçəng əlaməti ola bilər; bu səbəblə mütəxəssis bir həkim tərəfindən yoxlanması lazımdır.

 

Süd vəzileri başından ələn axıntı nədir?    

Süd vezisi toxuması bir ifrazat orqanı olduğuna görə davamlı olaraq maye hazırlanılır. hazırlanan bu maye süd kanallarından təkrar geriyə sorulur. Bəzi vəziyyətlərdə bu mayenin sorulması qeyri-kafi olunca bu maye döş başından çölə axa bilər.Süd vezisi başı axıntısının böyük bir qisimi normal və ya döşün xərçəng olmayan dəyişiklikləri ilə əlaqədardır.

 

Hansı axıntı forması əhəmiyyətlidir?

Xüsusilik daşıyan döş axıntısı, axıntının döş başını sıxmadan özbaşına gəlməsidir. Bu vəziyyət, sütyenin və ya paltarın islanması ilə hiss edilir.

 

Süd vəzisi başından gələn axıntının səbəbləri nədir?

 

Hormon pozuntuları

Bəzi hormon pozuntularında (anovulatory sindrom) döşdə reaksiyonel bir axıntı ortaya çıxa bilər.

Qanda prolaktin hormonu səviyyəsi yüksəkliyinin olduğu vəziyyətlərdə də döş başından axıntı gələ bilər.

 

Süd kanalı quruluşunun pozuntuları

Səbəbi tam bəlli olmaan bəzi səbəblərlə süd kanalı divar quruluşu pozulur və süd kanalı genişlənir Buna duktal ektazı deyilir. Bu strukturlu pozulma süd kanalından axıntı gəlməsinə səbəb olur. Bu vəziyyətin döş xərçəngi ilə əlaqəsi yoxdur

 

İstifadə edilən bəzi dərmanlar

Bəzi antidepresanlar dərmanlar, bəzi antihipertansif dərmanlar, bəzi doğum idarə həbləri döş başı axıntısına səbəb ola bilər.

Süd kanalı içində olan kütlələr

 

Papilloma

Süd qanlı içində olan Papilloma dediyimiz kütlə döş başının qanlı axıntıları içində ən çox rast gəldiyimiz əmələ gəlmədir. Kanalın döş başına yaxın olan bölgəsindəki papilloma xərçəng xüsusiyyəti daşımır; lakin döş başından uzaqda olan (periferiyada) papillomaların xərçəng olma ehtimalı vardır. Bəzən süd kanalı içində olan axıntı qatılaşaraq papillomaya bənzər hallara səbəb ola bilər.

 

Xərçəng

Süd kanalı içində olan xərçəng toxuması burada irritasyona səbəb olaraq su kimi aydın və ya qanlı axıntıya səbəb ola bilər.

 

Axıntının rəngi əhəmiyyətlidirmi?

Axıntının rəngini ehtiva etdiyi kimyəvi maddələr təyin edir. Xüsusilə süd vezisi başı sıxıldığı zaman sarı-yaşıl rəngdə, boz çalarlarında olan axıntı normal qəbul edilir. Tünd yaşıl və ya qəhvəyi axıntı da əhəmiyyət daşımır. Hamilə olmayan qadınlarda döş başından süd gəlməsi də xərçəng demək deyil; bu vəziyyət bədənin hormon dəyişikliyi ilə əlaqədar ola bilər. Yalnız qanlı axıntı və ya su kimi aydın axıntı əhəmiyyət daşıyır və bu axıntının araşdırılması lazımdır.

 

Axıntının tək bir nöqtədən gəlməsi

Əgər axıntı hər iki süd vezisindən də gəlirsə bu hal bizi daha çox bütün bədəni tutan səbəblərə aparır və xərçəngdən uzaqlaşdırır. Axıntı  bir süd vezisindən gəlirsə onda aydınlaşdırmaq lazımdır ki, bu axıntı bir kanal ağızındanmı yoxsa bir neçə kanaldan ağızından gəlirmi. Bir neçə kanal ağızından birdən(döş başında bir neçə nöqtədən birdən) gəlirsə bu da bizi xərçəngdən uzaqlaşdırır.Bir süd vezisinin bir kanal ağızından gəlirsə bu bizi xərçəng baxımından şübhələndirməlidir.

 

Süd vəzisi başından gələn axıntının araşdırılması necə edilir?

Süd vəzisi başından axıntı gələn hər qadın mütləq bir həkimə müraciət etməlidir. Həkim tərəfindən müayinə edilərək axıntının xüsusiyyəti araşdırılır.

Mamografi və döş ulutrasəsi kimi tədqiqlər edilərək axıntının səbəbi araşdırılır. Bəzi vəziyyətlərdə axıntının gəldiyi süd kanalı ağızından incə bir kanal ilə girilərək kanal içinə boyalı maddə verilir mamografi çəkilər. Buna qalaktoqrafiya deyilir. Bu şəkildə süd kanalını bağlayan bir əmələ gəlmənin olması araşdırılar.Əgər qanlı və ya su kimi aydın bir axıntı varsa axıntıdan nümunə götürülərək patologiyaya göndərilir və axıntının hücreyrəvi quruluşu araşdırılar.

ƏLLƏ EDILƏN MÜAYINƏ HALLARI

Süd vəzisinde kütlə

Qadınların böyük bir əksəriyyəti, həyatlarının bir dövründə döşlərində bir sərtlik hiss edirlər. Belə bir vəziyyətdə ağla ilk olaraq xərçəng gəlir. Bu kütlələrin böyük bir qisimi xoş xasiyyətli şişlərdir. Bununla bərabər araşdırma lazımdır.

 

Əlinizə gələn kütlə 2 fərqli quruluşa malik ola bilər. Kütlə, içi maye dolu bir kisə ola bilər. Buna kista deyirik. Kistalar ümumiyyətlə aybaşı zamanları daha da böyüyür və ağrılıdırlar. Xüsusilə menopauzdan əvvəlki vaxtda yəni 40  yaşlarda daha sıx görülür. Digər bir ehtimal da, içi fərqli bir toxuma ilə dolu bir kütlə ola bilər; buna da solid kütlə deyirik. Bu iki fərqli quruluşu bir birindən ayırmanın ən yaxşı yolu kütlənin ultrasəslə ilə araşdırılmasıdır.

 

 

Kista

 Kistalar ümumiyyətlə döşün xoş xasiyyətli şişləridir. Ölçüləri bir neçə millimetr ilə bir neçə santimetr arasında dəyişir. 25 yaş altındakı qadınlarda nadir, menopauza yaxınlaşmış qadınlarda daha çox rast gəlinir.

Kistaların içi iynə ilə boşaldılaraq içindəki maye araşdırıla bilər. Əgər qanlı bir maye ehtiva edirsə, kistanın əməliyyatla çıxardılıb araşdırılması təklif edilir. Əgər menopauz sonrası hormon müalicəsi görən bir qadında kista ortaya çıxmışsa, ehtiva etdiyi maye qanlı olsun və ya olmasın patologiyaya göndərilərək araşdırılması təklif edilir.

 

Əgər bir kista iynə ilə boşaldıldıqdan sonra 4-6 həftə içində təkrar edirsə, əməliyyatla çıxardılması təklif oluna bilər. Ayrıca kistanın bir qisimi, solid dediyimiz döş toxumasından fərqli bir quruluş ehtiva edirsə, yenə kistanın əməliyyatla çıxardılması təklif edilir.

 

Solid (bərk) kütlə

Süd vəzisində maye ehtiva etməyən, içi fərqli hüceyrələrlə dolu olan kütlələrə solid kütlə deyirik. Solid sözü bərk mənasını verir. Solid kütlələrin xərçəng olma ehtimalları kistalara görə daha yüksəkdir. Gənc bir qadının döşündə müəyyən olunan solid bir kütlənin xərçəng olma ehtimalı yüksək deyil: Yaş irəlilədikcə xərçəng ehtimalı artır. 40 yaş üzərindəki bir qadının döşündə müəyyən olunan solid bir kütlə, əksinə isbat edilənə qədər xərçəng şübhəsi daşıyır bu səbəblə mütləq araşdırılması lazımdır.

 

Süd vəzisində müəyyən olunan kütlə, mamografi və ultrasəslə qiymətləndirilərək xərçəng olma ehtimalı araşdırılır. Bu üsullarla qəti diaqnoz qoymaq mümkün deyil. Ancaq kütlədən alınan parçanın patologiyada araşdırılmasıyla qəti diaqnoz qoyula bilir.

 

Qoltuq altında ələ gələn bir kütlə

Qoltuq altında ələ gələn bir kütlə, bir çox səbəbə bağlı olan bir linfa vəzi böyüməsi ola bilər; lakin bəzən döş xərçənginin ilk simptomu ola bilər. Bu səbəblə əgər əlinizdə və qolunuzda son zamanlarda bir İnfeksiya keçirmədinizsə, bu kütlənin araşdırılması lazımdır.

×